Dəvət məktubunuzu əldə edin

You Study, We Care

Haqqımızda

Study Care Beynəlxalq Təhsil Sərgiləri 2017-ci ildən başlayaraq təhsil sektorundakı 15 illik təcrübəsinə əsaslanaraq Azərbaycanda (Bakı), Gürcüstanda (Tbilisi), Morocco (Casablanca), və Albaniyada (Tiran) ən uğurlu tələbə qəbulu sərgilərini təşkil edir. Biz sərgilərimizdə iştirak edən institut və universitetlərin öz target hədəflərinə çatmasına və onları target qrupları ilə əlaqədar dolğun və dəqiq informasiya ilə təmin etmək üçün çalışırıq.   


Biz həmçinin tələbələrimizə öz potensiallarını həyata keçirərək  karyera hədəflərinə nail olmaları üçün dəstək veririk. Sizin öz akademik və professional göstəricilərinizə əsasən hansı universitetin sizə uyğun olduğunu tapmaq üçün narahat olmanıza gərək yoxdur, bizim bütün bölgələrdə lokal filiallarımız və partner agentlərimiz mövcuddur. Siz bizim ofislərimizə müraciət edərək özünüzə ən uyğun xaricdə təhsil təkliflərini konsultantlarımızdan əldə edə bilərsiniz. 


Tədbirlərimizdə iştirak üçün onlayn tələbə qeydiyyat sistemimizlə siz dəvətinizi asanlıqla əldə edə bilərsiniz. Study Care Beynəlxalq Təhsil Sərgiləri xaricdə təhsil almaq istəyən tələbələr üçün çox böyük şans olub onlara universitetlərin təmsilçiləri ilə birbaşa əlaqə saxlamaq,  akademik, xarici dil proqramları, bakalavr və magistr təhsili haqqında məlumat almaq imkanı yaradır. 


Azərbaycan, Gürcüstan, Morocco, Türkiyə və Albaniyada olan konsultasiya agentliklərimiz sayəsində 10 mindən çox tələbəni bakalavr, magistr, foundation pillələri üzrə universitetlərdə, dil kursları, orta məktəblər, kolleclər və yay məktəblərində yerləşdirmişik. Tələbələrimiz Amerika, Böyük Britaniya, Kanada, Avstraliya, Malta, Yeni Zelandiya, İspaniya, Türkiyə, İtaliya, Almaniya, Niderland, İsveçrə, Çin, Polşa və Fransadakı prestijli universitetlərdə təhsil alıb.  

Nəyə görə Study Care Sərgilərində iştirak etməli? 
•    Study Care Beynəlxalq Təhsil Sərgilərində 250 mindən çox tələbə iştirak etmişdir. 
•    Biz 4 müxtəlif ölkədə 50-dən çox sərgi təşkil etmişik.
•     Bizim sərgimizdə 300-dən çox universitet, orta məktəb, kollec, ingilis dili kursları və dünyanın müxtəlif bölgələrindən xaricdə təhsil agentləri iştirak edir. 
•    Study Care rəqəmsal marketinq strategiyaları vasitəsilə biz hər il bir milyondan çox tələbə və yüzlərlə təhsil müəssisəsi ilə əlaqə hədəfimizə çatırıq.
•    Biz 5 müxtəlif ölkədə 6 ofisdə fəaliyyət göstəririk.

Xaricdə təhsil almağa hazırsınız?

Qeydiyyatdan keç