Dəvət məktubunuzu əldə edin

Albaniya - Tirana / Mart 2024 Beynəlxalq Təhsil Sərgisi

Detallar

Hörmətli Tələbələr və Valideynlər, Sizə Spring 2024 Study Care International Education Fairs sərgisini Albaniya elan etməkdə məmnuniyyət bildiririk. Bu sizin, müxtəlif təhsil imkanlarını kəşf etmək, dünyanın hər yerindən universitetlər və dil məktəbləri ilə əlaqə saxlamaq və zənginləşdirici təhsil səyahətinə çıxmaq şansınızdır.

Sərgi haqqında ətraflı məlumat:

  • Tarix : 30 March 2024
  • Vaxt : 13:00 - 17:00
  • Sərgi ərazisi : The Plaza Tirana

Bizim təkliflərimiz

  • Müxtəlif ölkələrin tanınmış universitetləri və dil məktəbləri
  • Bakalavr, magistr və dil proqramları haqda məlumat
  • Universitetlərdən ala biləcəyiniz endirimlər haqda professional məsləhət
  • Təhsil müəssisələrinin nümayəndələri ilə qarşılıqlı dialoq
  • Akademik və karyera arzularınızı dəstəkləmək üçün tədbirlər

Sərgidə necə iştirak etmək olar? Sərgidə iştirak etmək üçün saytımızda yerləşən onlayn qeydiyyat formunu doldurub ödənişsiz şəkildə qeydiyyatdan keçə bilərsiniz. Sərgimiz xaricdə təhsil almaq istəyən hər bir şəxs üçün açıqdır və giriş ödənişsizdir.

Gələcəyinizi gücləndirin : Xəyal etdiyiniz təhsil müəssisəsi ilə əlaqə saxlayın, özünüzü müxtəlif mədəniyyətlərə qərq edin və perspektivli gələcəyə yol açın.

Xəbərdar Olun : Sosial media hesablarımızı izləməklə və veb saytımıza daxil olaraq Albaniya sərgi ilə bağlı ən son xəbərlərdən və elanlardan xəbərdar olun.

The Plaza Tirana

Rruga Abdi Toptani 18, Tiranë 1001, Albania

Tez tez verilən suallar

Payız 2024 Study Care Beynəlxalq Təhsil Sərgiləri oktyabrın 7-dən noyabrın 11-dək Azərbaycan, Gürcüstan, Albaniya və Mərakeşdə müxtəlif tarix və məkanlarda keçirilir.

Sərgidə iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Saytımızdakı qeydiyyat formasını doldurmaqla sərgilərimizdə ödənişsiz iştirak edə bilərsiniz.

Bəli, sərgidə iştirak tamamilə pulsuzdur. Siz universitetlərin, dil məktəblərinin və təhsil müəssisələrinin stendlərinə yaxınlaşaraq, müraciət prosesləri ilə bağlı məlumat ala və məsləhət ala bilərsiniz.

20-dən çox ölkədən universitetlər, dil məktəbləri və təhsil müəssisələri Payız 2024 Study Care Beynəlxalq Təhsil Sərgilərində iştirak edəcəklər. Sərgi iştirakçılarının linkindən tam siyahıya daxil ola bilərsiniz.

Sərgi zamanı siz bakalavr, magistr, doktorantura, dil kursları haqda ətraflı məlumatları əldə edə bilərsiniz.

İştirakçıların sağlamlığı bizim üçün önəmlidir. - Bütün sərgilərimizdə təhlükəsizlik tədbirləri görülür və COVID-19 qaydalarına uyğun təşkil olunur.

Saytımızda sərgi proqramı və sərgidə iştirak edəcək universitet listini sərgidən öncə əldə edə biləcəksiniz.

Sərgidə iştirak etməzdən öncə, maraqlandığınız ölkə, şəhər, təhsil müəssisəsi haqqında məlumatı müəyyənləşdirib suallarınızı hazır edə bilərsiniz.

Sərgidə iştirak etmək üçün yaş limiti yoxdur. Orta məktəb şagirdləri, universitet tələbələri, magistr tələbələri, iş adamları Iştirak edə bilərlər.

Sərgidə mühəndislik, tibb, sosial elmlər, biznes, incəsənət, dil tədrisi və bir çox digər fakültələr və proqramlar haqda məlumat əldə edə bilərsiniz.

Albaniya / Tirana
  • Tarix 30 March 2024
  • Vaxt 13:00 - 17:00
  • Sərgi ərazisi The Plaza Tirana

Xaricdə təhsil almağa hazırsınız?

Qeydiyyatdan keç